1 ildə ərzaq qiymətləri bu qədər artıb - Rəsmi

Oktyabrda ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb.

1 ildə ərzaq qiymətləri bu qədər artıb - Rəsmi
Oktyabrda ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb.

meqale.com xəbər verir ki, 2025-ci ilin oktyabr ayında qiymətlər ötən ilin oktyabr ayına nisbətən 5,9 faiz artıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məhsullarının qiyməti 8,2 faiz, qeyri-qida məhsulları 2,5 faiz, xidmətlər isə 5,6 faiz bahalaşıb.

Sentyabr ayı ilə müqayisədə oktyabrda qiymətlər 0,5 faiz artıb, yanvar-oktyabr dövründə isə 5,7 faiz yüksəlib. Qida məhsulları və içkilər isə oktyabrda əvvəlki aya nisbətən 0,8 faiz, yanvar-oktyabr aylarında 6,9 faiz bahalaşıb.

Ən çox bahalaşan qida məhsulları: qarabaşaq yarması, mal və qoyun əti, mal əti konservləri, balıq, yumurta, ayran, kəsmik, pendir, kərə yağı, banan, armud, fındıq, pomidor, şirin bibər, badımcan, yerkökü, kartof və şokolad.

Ucuzlaşan məhsullar: limon, portağal, naringi, alma, heyva, nar, xurma, üzüm, kivi, qoz, şabalıd, göyərti, balqabaq, sarımsaq və soğan.

Qeyri-qida məhsulları üzrə qiymətlər oktyabrda 0,3 faiz artıb. Ən çox bahalaşma geyim, şəxsi gigiyena və zərgərlik məhsullarında, ucuzlaşma isə yuyucu vasitələrdə olub.

Xidmətlərdə isə qiymətlər oktyabrda 0,4 faiz, yanvar-oktyabrda 6,6 faiz artıb. Bahalaşma əsasən mənzillərin kirayəsi, ictimai nəqliyyat və iaşə xidmətlərində, ucuzlaşma isə beynəlxalq hava nəqliyyatında baş verib.