17 yaşlı gənc ailəsini qətlə yetirdi: Trampa sui-qəsd... - FOTO

ABŞ-ın Viskonsin ştatında baş verən dəhşətli hadisə ölkəni silkələyib.

17 yaşlı gənc ailəsini qətlə yetirdi: Trampa sui-qəsd... - FOTO
ABŞ-ın Viskonsin ştatında baş verən dəhşətli hadisə ölkəni silkələyib.

meqale.com xəbər verir ki, 17 yaşlı Nikita Kasap adlı yeniyetmə öz valideynlərini qətlə yetirib. Hadisə martın 1-də baş verib. Polis Kasapın ailəsinin evində ata və anasının cəsədlərini aşkar etdikdən dərhal sonra onu saxlayaraq ikiqat qətl və cəsədləri gizlətməkdə ittiham edib.

İstintaq zamanı məlum olub ki, gənc qatilin məqsədi prezident Donald Trampı öldürmək və ABŞ hökumətini devirmək olub. O, bu məqsədlə valideynlərinin 10 min dollardan çox dəyərində əmlakını oğurlayıb və başqa şəxsə məxsus şəxsiyyət vəsiqəsindən istifadə edərək əlavə maliyyə əldə edib.