179 nəfərin öldüyü qəza ilə bağlı aeroportda axtarış aparıldı
Cənubi Koreyanın Çolla-Namdo vilayətinin polisi dekabrın 29-da sərnişin təyyarəsinin qəzaya uğradığı Muan hava limanında axtarış aparıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Jeju Air" aviaşirkətinə məxsus sözügedən təyyarənin qəzaya uğramasından sonra səhlənkarlığın insan tələfatına səbəb olması şübhəsi ilə cinayət işi başladılıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dispetçerlərlə təyyarənin pilotları arasında baş tutan söhbətin sənədlərini və buna dair materialları axtarır.
Bununla yanaşı, polis "Jeju Air"in baş direktoru Kim İ Benin ölkədən çıxışına qadağa qoyub.