4 türk ölkəsindən Türkiyəyə gözlənilməz zərbə

Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa Birliyi (AB) ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində Şimali Kipr Türk Respublikasını (Kuzey Kıprıs Türk Cümhuriyyəti) tanımayacaqlarını bəyan ediblər.

meqale.com xəbər verir ki, həmin ölkələr BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə bağlılıqlarını vurğulayaraq, bütün adada yalnız Cənubi Kipr administrasiyasını "tək qanuni hökumət" olaraq tanıyacaqlarını öhdələrinə götürüblər.

Qeyd olunub ki, bu addımlar AB-nin Kipr siyasətində regional müttəfiqlər qazanmaq istiqamətində atdığı strateji bir gedişat kimi şərh edilir.

Sənəddə həmçinin Kiprin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyinə vurğu edilib.