50-dən çox insan naməlum xəstəlikdən öldü

Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində qeydə alınan mənşəyi məlum olmayan qızdırma xəstəliyindən 50-dən çox adam ölüb. 

50-dən çox insan naməlum xəstəlikdən öldü
Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində qeydə alınan mənşəyi məlum olmayan qızdırma xəstəliyindən 50-dən çox adam ölüb. 

meqale.com bildirir ki, bu barədə fevralın 24-də yerli səhiyyə orqanlarının məlumatlarına istinadən məlumat yayılıb.

"Qeydiyyata alınan 943 hadisə, o cümlədən 52 ölüm halı qeydə alınıb ki, bu da ölüm nisbətinin 5,5 faizinə bərabərdir".

Xəstəliyin ilk hallarının fevralın 9-da qeydə alındığı bildirilir. Xəstəlik hər yaşda olan insanlar üçün təhlükəlidir, əlamətlərə aşağıdakılar daxildir: qızdırma, titrəmə, baş ağrısı, əzələ ağrısı, oynaq ağrıları.