50-dən çox ölkə ABŞ-yə tarif danışıqları üçün müraciət etdi
ABŞ artıq 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi idxal tariflərinin azaldılması və ya ləğv olunmasını müzakirə etmək üçün danışıqlara başlamaq üçün müraciətlər alıb.
meqale.com report-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset deyib.
"Mən dünən ABŞ-nin ticarət nümayəndəsindən hesabat aldım ki, 50-dən çox ölkə danışıqlara başlamaq üçün ABŞ Prezidenti Donald Trampla əlaqə saxlayıb və onlar bunu çoxlu tariflərlə üzləşdiklərini başa düşdükləri üçün edirlər", - Hasset deyib.
Hasset həmçinin bildirib ki, Vaşinqton Moskvaya idxal rüsumları tətbiq etməyib, çünki Tramp bu məsələnin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlara mane olmasını istəmir.