52 il əvvəl itkin düşən qadın tapıldı
İngiltərədə 52 il itkin düşən qadın tapılıb. Polis Britaniyanın ən uzun müddətdir itkin düşmüş şəxslərlə bağlı işlərindən birini açdığını bildirib.
meqale.com xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, 1972-ci ildə 16 yaşlı Şeyla Foks Qərbi Midlenddə Koventridən yoxa çıxıb. Polisin hesabatında qızın valideynləri ilə yaşadığı və gənc oğlanla münasibətdə ola biləcəyi göstərilib. Polis, Foksun Koventrini təkbaşına tərk edə biləcəyini göstərən bir qeyd də yayımlayıb.