ABŞ Çinlə ticarət müqaviləsi bağlayacaq - Tramp
ABŞ prezidenti Donald Tramp onun administrasiyasının Çinlə ticarət razılaşması əldə edə biləcəyinə əmin olduğunu bildirib.
meqale.com-ın məlumatına görə, bu barədə o, Ağ Evdə İtaliyanın Baş naziri Corca Meloni ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Razılaşmanı əldə edəcəyik, razılaşma baş tutacaq. Düşünürəm ki, Çinlə çox yaxşı razılaşma əldə edəcəyik", - deyə o qeyd edib.