ABŞ-də bu şəxslərin vizaları kütləvi şəkildə ləğv olunur
ABŞ-ın ən azı 22 ştatında xarici tələbələr Amerika vizalarının səbəbsiz ləğvi ilə üzləşib.
meqale.com xəbər verir ki, yerli hakimiyyət orqanları bu qərarları heç bir izahat vermədən həyata keçirir.
Məlumata görə, Kaliforniya, Ohayo və Şimali Karolinadakı tələbələr mülki geyimli polis əməkdaşları tərəfindən küçədə saxlanılır.
Hüquqşünaslar hesab edirlər ki, ən çox risk altında olanlar əvvəlcə saxlanılmış, Fələstinlə həmrəylik aksiyalarında iştirak etmiş və ya sosial şəbəkələrdə müəyyən siyasi məzmunlu paylaşımlar etmiş şəxslərdir.