ABŞ-də daha bir təyyarə qəzaya uğradı - Ölənlər var

Atlantanın şərqində yerləşən Kovinqton Bələdiyyə Hava Limanı yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb. 

ABŞ-də daha bir təyyarə qəzaya uğradı - Ölənlər var
Atlantanın şərqində yerləşən Kovinqton Bələdiyyə Hava Limanı yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb. 

meqale.com xarici mediaya istinadla xəbər verir ki, təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib. Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, Rockwell Commander markalı bir mühərrikli təyyarə şənbə günü axşam saatlarında, yerli vaxtla 23:40 radələrində havaya qalxandan qısa müddət sonra qəzaya düşüb.

Polisin yaydığı açıqlamada bildirilir ki, təyyarə qalxdıqdan sonra nəzarət mərkəzi ilə heç bir əlaqə qurulmayıb.

Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanları və xilasedicilər, təyyarənin qalıqlarını Atlanta şəhərinin mərkəzindən təxminən 55 kilometr (35 mil) şərqdə, Nyuton qraflığında, uçuş-enmə zolağının şimalındakı meşəlik ərazidə aşkar ediblər.

Səlahiyyətlilər həlak olan iki nəfərin şəxsiyyətini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.