ABŞ-də daşqınlar: Ölənlər var
Güclü leysan yağışları ABŞ-nin mərkəzi ştatlarında dağıdıcı daşqınlara səbəb olub.
Bu barədə meqale.com CNN telekanalına istinadla xəbər verir.
Daşqınlar nəticəsində ən azı 16 nəfər həlak olub. 41 min nəfərin risk zonasında olduğu bildirilir.
Yağıntılar təcili təxliyəyə və yolların bağlanmasına gətirib çıxarıb.