ABŞ-də Messinin transferinin şərəfinə spirtli içki buraxıblar

ABŞ-da Lionel Messinin "İnter Mayami"yə keçidinin şərəfinə pivə buraxıblar.

ABŞ-də Messinin transferinin şərəfinə spirtli içki buraxıblar
ABŞ-da Lionel Messinin "İnter Mayami"yə keçidinin şərəfinə pivə buraxıblar.

meqale.com report-a istinadən xəbər verir ki, Floridada fəaliyyət göstərən "Prison Pals Brewing Co" şirkətinin istehsal etdiyi spirtli içki "GOAT Beer" adlanır.

Pivə bankası klubun rənglərini özündə əks etdirir. Çəhrayı rəngdədir və üzərində qara hərflərlə yazılar var. 10 rəqəmi isə argentinalı hücumçunun forma nömrəsinə işarədir.

İstehsalçı şirkətin baş direktoru və həmtəsisçisi argentinalıdır.

Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə Fransanın PSJ komandasından keçib.