ABŞ Ermənistanda xarici yardım layihələrini dayandırır

ABŞ Dövlət Departamenti Ermənistanda da daxil olmaqla, müxtəlif ölkələrdə həyata keçirilən xarici yardım layihələrinə ayrılmış ümumilikdə 215 milyon dollar dəyərində maliyyəni ləğv edib.

meqale.com xəbər verir ki, bu barədə ABŞ Hökümətinin Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.

"Bəzi xarici yardım proqramlarının məqsədəuyğunluğu Dövlət Departamenti tərəfindən yenidən nəzərdən keçirilir. Dövlət katibi Rübio bu gün dəyəri 215 milyon dollar olan 139 faydasız qrantın ləğv olunduğunu elan edib", - qurumun "X" hesabındakı paylaşımında bildirilir.