“ABŞ ilə danışıqlara getməyəcəyik” - Xamenei
"İran ABŞ-ilə danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.
"Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparırlar. Şübhəsiz ki, İran onların ümidlərini doğrultmayacaq", - Xamenei deyib.
Onun sözlərinə görə, Qərbin ikili standartlardan istifadə etməsi "sivilizasiya üçün rüsvayçılıqdan" başqa bir şey deyil.