ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır

Amerika Birləşmiş Ştatları Ukraynada prezident seçkilərinin keçirilməsi üçün səylərini davam etdirəcək

ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır
Amerika Birləşmiş Ştatları Ukraynada prezident seçkilərinin keçirilməsi üçün səylərini davam etdirəcək

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "The National Pulse" xəbər portalına müsahibəsində vurğulayıb.

Onun sözlərinə görə, müharibə zamanı seçkilərin keçirilə bilməyəcəyi fikri gülüş doğurur:

"ABŞ prezidenti Donald Tramp isə bunun baş verməli olduğunu düşündüyünü açıq şəkildə bildirib. Bilirsiniz ki, bu, Amerika siyasətidir, kifayət qədər sadə və aydındır".