ABŞ Ukraynanın HHM sistemini gücləndirəcək
ABŞ Prezidenti Co Bayden bildirib ki, Vaşinqton və müttəfiqləri Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün yeni addımlar atmağa hazırlaşır.
meqale.com APA-ya istinadən bildirir ki, onun bəyanatı Ağ Evin saytında yerləşdirilib.
Baydenin sözlərinə görə, o, bu həftə Volodimir Zelenski ilə görüşəcək.
Ağ Ev rəhbərinin bildirib ki, Vaşinqton və müttəfiqləri Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün yeni tədbirlər elan edəcəklər.