ABŞ Ukraynaya 1,25 milyard dollarlıq yardım edəcək

ABŞ prezidenti Co Bayden administrasiyasının gələn həftə Ukraynaya 1,25 milyard dollar dəyərində hərbi yardım göndərəcəyini açıqlayacağı gözlənilir.

ABŞ Ukraynaya 1,25 milyard dollarlıq yardım edəcək
ABŞ prezidenti Co Bayden administrasiyasının gələn həftə Ukraynaya 1,25 milyard dollar dəyərində hərbi yardım göndərəcəyini açıqlayacağı gözlənilir.

meqale.com Tass-a istinadən xəbər verir ki,  Kiyevə göndəriləcək yeni yardım paketində Milli Qabaqcıl Yer-Hava Raket Sistemləri (NASAMS) və HAWK hava hücumundan müdafiə sistemi də daxil olmaqla əhəmiyyətli miqdarda sursat olacaq. Həmçinin, Stinger raketləri və 155 mm və 105 mm-lik artilleriya mərmiləri də göndəriləcək.

Rəsmilər paketlə bağlı daha çox detalın bazar ertəsi günü açıqlanacağını bildirsələr də, hələlik anonimlik şərti ilə danışaraq ictimaiyyətə açıqlanmayacaq məlumatları təqdim ediblər.