ABŞ və Ukrayna bu tarixdə müqavilə imzalayacaq
Vaşinqton və Kiyev fevralın 22-də Ukraynanın təbii ehtiyatlarından istifadəyə dair sazişi imzalaya bilərlər.
meqale.com xəbər verir ki, bu barədə cümə günü "Wall Street Journal" (WSJ) nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və Ukrayna razılaşmaya yaxınlaşır. Qəzet qeyd edir ki, hələlik yekun razılıq əldə olunmayıb, lakin razılaşmanın şənbə günü imzalanması mümkündür.