"Aeza Group"un erməni rəhbəri həbs edildi

İT şirkəti "Aeza Group"un həmtəsisçisi və baş direktoru Yuri Bozoyan və onun bir neçə əməkdaşı saxlanılıb.

İT şirkəti "Aeza Group"un həmtəsisçisi və baş direktoru Yuri Bozoyan və onun bir neçə əməkdaşı saxlanılıb.

meqale.com xəbər verir ki, FTX və polis əməkdaşları əvvəllər Vaqner Mərkəzi PMC-nin yerləşdiyi Zolnaya küçəsində yerləşən "Aeza Group"un ofisində axtarışlar aparıblar. Bundan sonra Bozoyan və onun əməkdaşları saxlanılıb.

Cinayət işinin istintaqını Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi apardığı üçün təqsirləndirilən şəxslər Moskvaya köçürülüb. Meşşanski Rayon Məhkəməsi onların barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.