Ağ Evdə UFC döyüşü keçirəcək
ABŞ Prezidenti Donald Tramp gələn il Ağ Evin ərazisində UFC döyüşünün təşkil olunacağını bildirib.
meqale.com xəbər verir ki, Tramp bu açıqlamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin 250 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirib.
"2026-cı ilin 14 iyununda - mənim doğum günümdə - Ağ Evdə böyük UFC döyüşü baş tutacaq. Bəli, birbaşa Ağ Evin ərazisində", - deyə prezident qeyd edib.
Qeyd edək ki, həmin tarixdə Donald Tramp 80 yaşını qeyd edəcək.