Ağamirzə: "O, çox "təhlükəli" meyxanaçı idi"

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı meyxana ustası Ağamirzə Məmmədov olub.

Ağamirzə:
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı meyxana ustası Ağamirzə Məmmədov olub.

Verilişdə Rəşad Dağlının çox ədəbli biri olduğunu söyləyən meyxana ustası onunla bağlı xatirələrini bölüşüb:

"Rəşadı yaxşı tanıyıram. Həmişə hörmətcil biri olub. Məclislərdə heç vaxt məndən öncə mikrofonu əlinə almayıb. Hətta bir dəfə arxamca gələrək belə demişdi:

"Sən birinci hamını salamlamalı, qafiyə tutmalısan, sonra da biz meyxana deməliyik". Ağamirzə Məmmədov qəzəlxan Məşədibabadan bəhs edərkən isə "o, çox "təhlükəli" meyxanaçı idi. Heç kimdən çəkinmirdi" deyib.