Alman yazıçının qətlində şübhəli bilinən oğlu saxlanıldı - FOTO
20:35
Almaniya polisi yerli yazıçı Aleksandra Frölixin qətlində şübhəli bilinən şəxsi saxlayıb.
meqale.com oxuya istinadən xəbər verir ki, söhbət yazıçının 22 yaşlı oğlundan gedir.
Onun həbsi üçün order verilib. Saxlanılarkən o, müqavimət göstərməyib.
Qeyd edək ki, yazıçı aprelin 22-də Hamburqdakı evində ölü tapılmışdı.
Eyni zamanda jurnalist olan A.Frölix "Mənim rus qayınanam və digər fəlakətlər" kitabının müəllifidir.
-------------- 2025.04.28 Məşhur alman yazıçısı Aleksandra Frelix Hamburqda ölü tapılıb.
meqale.com-ın xəbərinə görə, onun cəsədini oğlu Elba çayının sahilində öz üzən evində tapıb.
Yerli hüquq-mühafizə orqanları bildiriblər ki, müstəntiqlər sübutların hərtərəfli təhlilindən sonra Frelixin ölümünün zorakılıq nəticəsində olduğunu müəyyən ediblər. Qətl üzrə xüsusi təyinatlı qrup araşdırma aparır. İlkin məlumatlara görə, yazıçı gecə yarısı ilə səhər saat 5:30 arasında dünyasını dəyişib. Polis onun evində şübhəli hərəkətlər görmüş ola biləcək şahidlərə müraciət edir, lakin hələlik konkret şübhəli yoxdur.