Almaniyada məhkəmə binası yaxınlığında atışma - yaralananlar var

Almaniyanın qərbindəki Bilefeld şəhərinin mərkəzində atışma nəticəsində ən azı iki nəfər yaralanıb.

Almaniyada məhkəmə binası yaxınlığında atışma - yaralananlar var
Almaniyanın qərbindəki Bilefeld şəhərinin mərkəzində atışma nəticəsində ən azı iki nəfər yaralanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları genişmiqyaslı əməliyyat keçirirlər.

Qeyd edək ki, bundan əvvəl Bilefelddə naməlum şəxs məhkəmə binasının yaxınlığında atəş açıb. Hadisə peşəkar boksçu Besar Nimaninin qətli ilə bağlı dinləmə zamanı baş verib.