Almaniyada sığınacaqda yanğın - ölən və xəsarət alanlar var
Almaniyanın Buxholts şəhərində qaçqınlar üçün sığınacaqda baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Bild" tabloid qəzeti polisin məlumatlarına istinadən məlumat yayıb.
"Ümumilikdə 20 nəfər xəsarət alıb, 8 nəfər xəstəxanaya yerləşdirilib", - məlumatda qeyd edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğına səbəb sığınacaq sakinləri arasında baş verən dava olub.