"Amazon" Çindən malların sifarişlərini ləğv etdi

"Amazon.com Inc." Çin və digər Asiya ölkələrində istehsal edilən bir çox məhsul üçün sifarişləri ləğv edib.

"Amazon.com Inc." Çin və digər Asiya ölkələrində istehsal edilən bir çox məhsul üçün sifarişləri ləğv edib.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi vəziyyətdən xəbərdar mənbələrə istinadən məlumat paylaşıb.

Onların sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də Çin, Vyetnam və Tailand daxil olmaqla, 180-dən çox ölkə və ərazidən idxala rüsum tətbiq etmək qərarını elan etdikdən sonra "Amazon"un bir neçə tədarükçüsü tərəfindən şezlonqlar, skuterlər, kondisionerlər və digər məhsullar üçün sifarişlər ləğv edilib.