"Anam məni dünyaya gözəl gətirib"
Müğənni Aysun İsmayılovanın paylaşımı marağa səbəb olub. meqale.com xəbər verir ki, sənətçi iddialı açıqlama verib.
İsmayılovanın sözügedən paylaşımında gözəlliyinə tərif yağdırıb:
"Qurban olduğum məni gözəl yaradıb. Özü də efektsiz çəkirəm, makiyajımı da özüm etmişəm. Son prosedurlardan sonra özümü daha çox bəyənirəm. Məncə də, anam məni dünyaya gözəl gətirib".