"Anam məni ziyana saldı, bu yaşımda banka borc ödəyirəm"

Əməkdar artist Elza Seyidcahan şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

Əməkdar artist Elza Seyidcahan şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

meqale.com xəbər verir ki, müğənni bu haqda "Etiraf" verilişində danışıb. Seyidcahan aparıcının "Çox gözəlsən, üzündə botoks, əməliyyat yoxdur. Övladların da ailəlidir. Özün ailə qurmaq haqda düşünmürsən?" sualına belə cavab verib:

"İnsan öz sənəti ilə məşğul olanda, o haqda düşünmür. Şəriətə, həyata, dinə görə düzdür. Amma həyat davam edir. Allah məni elə gözəlliklərlə qarşılaşdırır ki, o haqda düşünmürəm. Bilmək olmaz sabah nə baş verəcək. Sənətimlə, işimlə məşğulam. Xeyir Allahdan. Arzu edərəm ki, evdə oturum bəstəkarlıq edim. Saat 7 olanda restorandan restorana qaçmayım ki, pul qazanım, aranjiman edim, anama pul qazanım. Hər qadın istəyər ər çörəyi yesin. Əgər həyat yoldaşınız sizə xidmət edirsə, oturun evdə".