Avropa Azərbaycan Məktəbində Məzun Günü qeyd edildi - FOTO

2022-2023-cü tədris ilinin sona çatması ilə əlaqədar Avropa Azərbaycan Məktəbində 4-cü və 11-ci siniflərin Məzun Günütəşkil edildi. Tədbirdə şagirdlər, valideynlər, müəllimlər və qonaqlar buraxılış siniflərin əlamətdar gününü qeyd etdilər.

Avropa Azərbaycan Məktəbində Məzun Günü qeyd edildi - FOTO
2022-2023-cü tədris ilinin sona çatması ilə əlaqədar Avropa Azərbaycan Məktəbində 4-cü və 11-ci siniflərin Məzun Günütəşkil edildi. Tədbirdə şagirdlər, valideynlər, müəllimlər və qonaqlar buraxılış siniflərin əlamətdar gününü qeyd etdilər.

İbtidai siniflərin buraxılış mərasimi Azərbaycan RespublikasınınDövlət Himninin səsləndirilməsi ilə başladı. İbtidai təhsil pilləsinin direktoru Kamilla Orucova  bütün məzunların ibtidai təhsil boyu göstərdiyi əzmkarlıqdan bəhs edərək onları ürəkdən təbrik etdi. O, həm akademik, həm də şəxs olaraq onların böyüməsini təqdir etdi və nailiyyətləri ilə fəxr etdiyini bildirdi.

Məktəbin direktoru Françesko Bankini çıxış edərək ibtidai məzunları təbrik etdi. O, onların ibtidai təhsil pilləsindənümayiş etdirdiyi zəhmət və nailiyyətlərini yüksək qiymətləndirdi.

Françesko Bankini çıxışındabildirdi ki, ibtidai sinifdə əldə etdikləri bilik və bacarıqlar onların gələcək akademik nailiyyətləri üçün möhkəm zəmin yaratmışdır. O, məzunların öyrənmə həvəslərinə inandığını bildirib və onları yuxarı siniflərə yüksələrkən öz əzm və bacarıqlarınıdaim inkişaf edirməyə ruhlandırdı.

Daha sonra uşaqlar mahnı və rəqs ifalarını nümayiş etdirmək üçün səhnəyə çıxdılar. Onlar çıxışları  ilə tamaşaçıları heyran etdilər, öz istedadlarını nümayiş etdirdilər və nailiyyətlərini qeyd etdilər.

Tamaşaçılar unudulmaz anları, əlamətdar nailiyyətləri və məzunların dörd illik təhsil yolunun əziz xatirələrini özündə əks etdirən video təqdimatları izlədilər. Şəkillər və videolar ekranda parıldayarkən, gülüş və alqış səsləri nostalji və qürur hissi yaradırdı.

Direktor Françesko Bankini qürurla və təbəssümlə hər bir məzuna ibtidai təhsil mərhələsini uğurla başa vurduqlarını təstiq edən sertifikat təqdim etdi. Məzunlarsertifikatlarıqəbul edərkən, şagirdlər və ailə üzvləri dörd illik təhsil pilləsini başa vurmağın sevinc və qürurunu yaşadılar. 

İbitdai Məzun Günü tədbirinin sonunda şagirlər  məktəb rəhbərliyi ilə xatirə şəkli çəkdirdilər. 

Daha sonra uşaqlar onlar üçün təşkil olunmuş əyləncəli hissədə maraqlı ifaların müşayiəti il xoş vaxt keçirdilər və şənlənərək əyləndilər.

11-ci sinifşagirdlərinin MəzuniyyətMərasimi Azərbaycan RespublikasınınDövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərasim təntənəli libaslara bürünmüş məzunların ailə üzvlərinin alqış sədaları altında qürurla tədbirin keçirildiyi auditoriyaya daxil olması ilə davam edib. 

Orta təhsil pilləsinin rəhbəri Linda Tompson əlamətdar nailiyyətləri münasibətilə məzunlara ən səmimi təbriklərini çatdırdı. O, məzunlarən zəhmət və əməyindən söhbət açaraq onların nail olduqları təhsil uğurlarından söz açdı.

Məktəbin direktoru Françesko Bankini izləyicilər qarşısında çıxış edərək məzun olan şagirdləri təbrik etdi, onları yüksək nailiyyətlərinə görə təqdir etdi, əzmkarlıq və ömür boyu öyrənmənin vacibliyini vurğuladı. Cənab Bankini, həmçinin, valideynlərin böyük dəstəyini və tələbələrin təhsil həyatının formalaşmasında mühüm rol oynayan müəllimlərin fədakarlığını qeyd etdi.

Akademik göstəricilər, liderlik və yaradıcı qabilliyyət sahəsində məzunların nailiyyətləri və töhfələri qeyd edildi, qazandıqları uğur və nailiyyətlərinə işıq tutuldu.

Mərasimdə məzunların musiqi nömrələri və rəqs ifalarından tutmuş monoloqlara qədər valehedici çıxışları dinləyiciləri valeh etdi, şənliyə bədii ahəng qatdı. 

Daha sonra Françesko Bankini məzunlara diplomları təqdim etdi. Alqış sədaları altında məzunlar bir-bir səhnəyə yaxınlaşaraq diplom və təbrikləri qəbul etdilər. Francesco Bankini hər bir məzunu səmimi qəlbdən təbrik edərək onlara uğurlar arzu etdi. 

Tədbirin sonunda məzunlar və müəllimlər xatirə şəkli çəkdirdilər.

Bədii hissənin ardınca mərasim məzunlar üçün təşkil olunmuş əyləncəli hissə ilə davam etdi. Bir-birinin ardınca təqdim olunan rəngarəng peşəkar ifa və kompozisiyalar qonaqlar və şagirdlərə xoş istirahət bəxş etdi. Məzunlar və qonaqlar rəqs edərək, şənlənərək məzunların məktəbi bitirməklərini qeyd etdilər.

AAM-də keçirilənMəzun Mərasimi məktəbin hərtərəfli şəxsiyyətlər yetişdirmək, cəmiyyətə müsbət töhfələr vermək missiyasını bir daha göstərmiş oldu . Bu, şagirdlərin məktəbdə təhsil aldıqları müddətdə qazandıqları nailiyyətlərin, dostluqların və xatirələrin bayramı idi və onların təhsil səyahətlərində yeni bir fəslin başlanğıcı idi.

AAM məzun olan şagirdləri təbrik edir və onlara bilik, bacarıq və dəyərlərlə dolu yeni macəralara başladıqları yolda ən xoş arzularını bildirir. Məktəb, həmçinin, şagirdlərin uğurunda göstərdikləri böyük dəstəyə və fədakarlığa görə valideynlərə, pedoqoji-müəllim heyətinə və kollektivə minnətdarlığını bildirir.