Avropanın mərkəzində qalmaqallı görüntü - FOTO

İsveçin paytaxtı Stokholmda naməlum şəxslər tərəfindən Adolf Hitlerin qurduğu nasist partiyasının bayraqları asılıb.

Avropanın mərkəzində qalmaqallı görüntü - FOTO
İsveçin paytaxtı Stokholmda naməlum şəxslər tərəfindən Adolf Hitlerin qurduğu nasist partiyasının bayraqları asılıb.

meqale.com sözcü-yə istinadla xəbər verir ki, 20 aprel - Adolf Hitlerin doğum günü münasibətilə Stokholmun Essingeleden bölgəsindəki avtomobil yolunun girişinə üzərində gamalı xaç olan üç nasist bayrağı asılıb. Bayrağı asan şəxslərin kimliyi bilinmir.

Stokholm Polis İdarəsinin sözçüsü Mats Eriksson məsələ ilə bağlı xeyli şikayət daxil olduğunu bildirib və hadisə ilə bağlı istintaqa başlandığını açıqlayıb. Eriksson İsveçdə bu cür halların baş verməsinin narahatedici olduğunu deyib və yol kənarındakı qayalıqlarda tez-tez siyasi mesajlar olan plakatların asıldığını əlavə edib.

O, xüsusilə aktivistlərin avtomobil sıxlığından istifadə edərək siyasi mesajlar paylaşdıqlarını, amma nasist bayrağının asılmasının qəbuledilməz olduğunu vurğulayıb. Eriksson bayraqların Adolf Hitlerin doğum gününə təsadüf edəcək şəkildə qəsdən asıldığını deyib.