Avstraliyanın baş naziri Ukraynaya sülhməramlı missiya göndərəcəyini istisna etmir

Avstraliya hakimiyyəti Ukraynada planlaşdırılan sülhməramlı missiyada iştirak imkanlarını araşdıracaq.

Avstraliyanın baş naziri Ukraynaya sülhməramlı missiya göndərəcəyini istisna etmir
Avstraliya hakimiyyəti Ukraynada planlaşdırılan sülhməramlı missiyada iştirak imkanlarını araşdıracaq.

Trend-in məlumatına görə, bu barədə Avstraliyanın baş naziri Entoni Albaniz deyib.

"Əlbəttə, mən açıq şəkildə, dəfələrlə demişəm ki, biz Ukraynada hansısa sülhməramlı missiyada iştirak etmək barədə düşünəcəyik", - deyə o bildirib.

"Təbii ki, bu barədə danışmaq hələ tezdir: hələ sülh olmayan yerdə sülhməramlı qüvvələri yerləşdirmək mümkün deyil", - deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, Kanberra martın 11-də Parisdə keçirilməsi planlaşdırılan Ukraynaya dəstək üzrə bir sıra ölkələrin hərbi komandirlərinin görüşünə yüksək səviyyəli nümayəndə göndərəcək.