Azərbaycanda azyaşlı fişəngin partlaması nəticəsində yaralandı - vəziyyəti ağırdır - Yenilənib
21:37 İsmayıllıda pirotexniki vasitənin partlaması nəticəsində 2 nəfər xəsarət alıb.
meqale.com xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar azyaşlı qızlardır. (Unikal)
---------- 20:58 Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
meqale.com report-a istinadən xəbər verir ki, rayon sakini, 7 yaşlı Ş.A. pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.
Azyaşlı rayon xəstəxanasına yerləşdirilib. Ona üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.