“Azərbaycanda belə şeylər olmazdı axı” - FOTO

Müğənni Xatirə İslam Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Elgün İbrahimov və İmişlidə cəsədi tapılan 16 yaşlı qızla bağlı paylaşım edib.

meqale.com xəbər verir ki, sənətçi paylaşımına bunları əlavə edib:

"Bu nə deməkdir? Azərbaycanda belə hadisələr olmazdı axı. İnanınki nə deyəcəyimi bilmirəm".

Qeyd edək ki, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib./axşam.az