Azərbaycanda bu şəxslərə ictimai nəqliyyat pulsuz ola bilər
Milli Məclisin deputatı Razi Nurullayev pensiyaçılara, tələbələrə və həssas kataqoriyadan olan şəxslərə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib.
Qeyd edək ki, bir sıra inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatda ödənişlə bağlı müxtəlif yeniliklər təqdim olunur. Bu yeniliklər gediş haqqının müxtəlif kartlarla ödənilməsi, eləcə də müəyyən qruplara güzəştlərlə bağlıdır.
Bəs, deputatın bu təklifi qanuniləşə bilərmi?
meqale.com xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Ceyhun Məmmədovun sözlərinə görə bu, bir fərdin qərarı ilə olan məsələ deyil. Dövlət qurumları, özəl şirkətlər müzakirə edib hansısa addımlar ata bilərlər:
"Məsələ Azərbaycan cəmiyyətində dəfələrlə müzakirə olunub. Nəzərə almalıyıq ki, nəqliyyat sistemimiz özəl sistemdir, yəni, qazandığı qazanc əsasında öz fəaliyyətini qurur. Biz bu gün güzəştləri artırdıqca onların gəlirlərinə, xərclərinə də öz təsirini göstərəcək".
Dünya təcrübəsinə gəlincə, Ceyhun Məmmədov tələbələr üçün xaricdə müxtəlif güzəştlərin olduğunu vurğulayıb: