Azərbaycanda kişi arvadını bıçaqladı
Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.
meqale.com Trend-ə istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1991-ci il təvəllüdlü Hümbətova Tünzalə Müsafəddin qızına onunla eyni ünvanda yaşayan keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Hüseynov Alqayıt Məhərrəm oğlu tərəfindən bıçaqlanıb.
T.Hümbətova müalicə olunması üçün Sabunçu TM-nə yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Niftalıyev Feyruz Fərhad oğlu saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.