Azərbaycanın gənc cüdoçuları Sloveniyadakı təlim-məşq toplanışına qatılıblar

Azərbaycanın cüdo üzrə gənc qızlardan ibarət millisinin üzvləri Sloveniyanın Sloven Qradeç şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

meqale.com-ın məlumatına görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesinə yığmanın 7 üzvü qatılıb.

Cüdoçulara gənc qızlardan ibarət komandanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edir.

Təlim-məşq toplanışı sentyabr və oktyabrda gerçəkləşəcək Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.