Azərbaycanla bağlı bu fənni xaricdə tədris edənlərə pul veriləcək - SİYAHI - FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi fənninin xarici ölkə universitetlərində tədrisi ilə bağlı yeni müqavilələr bağlayıb.

Azərbaycanla bağlı bu fənni xaricdə tədris edənlərə pul veriləcək - SİYAHI - FOTO
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi fənninin xarici ölkə universitetlərində tədrisi ilə bağlı yeni müqavilələr bağlayıb.

meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, fənnin tədrisi ilə bağlı aşağıdakı şəxslərə ödənişlər olunub:

Kazımova Şəhla Yəyha qızı - 3.582 AZN Ludmila Bejenaru - 1.534,5 AZN Şıqayeva Mitreska Sofiya İsmayılovna - 2.557,5 AZN Mehdiyev Qafar Qələndər oğlu - 2.400 AZN Məmməmov Əlibəy Rahib oğlu - 7.672,5 AZN Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi davam edir. Layihə çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Erciyes, Bolqarıstanın Kliment Oxridski adına Sofiya və Rumıniyanın Aleksandr İoan Kuza universitetlərində 2025-2026-cı tədris ili üzrə dərslərə yenidən başlanılıb. Fənnin tədrisi Türkiyədə professor Qafar Mehdiyev, Rumıniyada Yassı Universitetindəki Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya üzrə fəlsəfə doktoru (PhD), yaponşünas alim və Yaponiya hökumətinin təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda isə Kliment Oxridski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva tərəfindən aparılır. Bu tədris ilində layihənin əhatə dairəsi daha da genişlənib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Polşada "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanılıb. Fənni Polşada yaşayan və fəaliyyət göstərən həmyerlimiz, filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova tədris edir.