Azərbaycanlı bloqerə Qazaxıstanda fanatları "hücum etdi" - VİDEO
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Qazaxıstana yollanıb.
meqale.com bizim.media-ya istinadən bildriir ki, axşam saatlarında Almatıya gələn Həsənov şam yeməyi zamanı pərəstişkarların hücumuna məruz qalıb.
Fanat seli ilə qarşılaşan bloqer onların şəkil çəkdirmək arzusunu ürəklərində qoymayıb.
Qız pərəstişkarları Hüseyni görər-görməz heyrətdən bloqerin adını qışqıraraq üzərinə qaçıblar. Həsənovla selfi çəkdirmək üçün sevənlər uzun növbəyə düzülüblər.