Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakıda gənc oğlan bıçaqlanıb
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Binəqədi şossesində qeydə alınıb.

1999-cu il təvəllüdlü Nəciyev Murad Məhəmməd oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.