Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Bakıda gənc oğlanı avtomobil vurub
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

meqale.com xəbər verir ki, qəza Binə qəsəbəsində, magistral şossedə qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Mahmudlu Bəşir Sarvan oğlu şossedə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.