Bakıda qəbirin hasarı sökülüb - SƏBƏB - VİDEO
Bakıda qəbir ərazisindəki kiçik hasar sökülərək təxminən yarım metir içəri çəkilib.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki ''Biləcəri Şəhidlər xiyabanı'' kimi tanınan ümumi qəbiristanlıqdan gedir.
Şəhər sakini Nurlan Maqsudov deyir ki, əmisinin həyat yoldaşı 2005-ci ildə rəhmətə gedəndən sonra ümumi qəbiristanlıqda dəfn edilib. Onlar qəbirin ətrafını 30-40 sm hündürlükdə hasara alıblar. Onun iddiasına görə, bir neçə gün əvvəl xəbər tutublar ki, qəbirin ətrafında olan hasar sökülərək içəri çəkilib.
Ərazidə işlərin yarımçıq qalması da təsdiq edir ki, qəbirin ətrafında tikinti apararılıb. Zərərçəkmiş Nurlan Maqsudov iddia edir ki, bu işi görən şəxslərin məqsədi əlavə olaraq 3-4 qəbir yeri düzəltmək olub. Çəkiliş zamanı da şahidi olduq ki, həmin qəbirlərin yanında əlavə məzar yeri hazırlanıb və hissələrə bölünüb.
Nurlan Maqsudov deyir ki, qəbiristanlıq bir neçə il əvvəl özəl şəxsdən alınıb və Biləcəri bələdiyyəsinin balansına keçib.
Məsələ ilə bağlı Biləcəri qəsəbə bələdiyyəsinin sədri Etibar Cabbarovla əlaqə saxladıq. O dedi ki, qəbir ətrafında olan hasara müdaxilədən xəbərsizdir.
Bələdiyyə sədri bildirdi ki, əgər vətəndaşın dediyi kimi müdaxilə edilibsə, qəbirin ətrafındakı hasar yenidən bərpa ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.