Bakıda zəncirvari qəza: yaralanana var - YENİLƏNİB - FOTO
"20 Yanvar" körpüsü yaxınlığında zəncirvari qəza olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 3 avtomobilin iştirakı ilə baş verib.
Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.
BDYPİ-dən bildirilib ki, 3 avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alan var.
Hadisə ilə bağlı araşdırma aparılır.