“BakuBus” Müşahidə Şurasının tərkibində dəyişiklik edildi
"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində "Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini" əvəzinə "Rəhman Hümmətov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini" əlavə olunub.
meqale.com