Bankomatlardan pul çıxarmaq mümkün olmayacaq - Rusiyada yeni qanun

2025-ci ilin iyun ayından Rusiyada telefon və internet fırıldaqçılarından genişmiqyaslı müdafiə sistemi fəaliyyətə başlayacaq. 

Bankomatlardan pul çıxarmaq mümkün olmayacaq - Rusiyada yeni qanun
2025-ci ilin iyun ayından Rusiyada telefon və internet fırıldaqçılarından genişmiqyaslı müdafiə sistemi fəaliyyətə başlayacaq. 

meqale.com-ın xəbərinə görə, imzalanan qanun bank köçürmələrinə, mobil rabitəyə və bazarların işinə təsir edir və milyonlarla rusiyalının gündəlik həyatına təsir edəcək.

Əsas məsələ banklardan, telekommunikasiya operatorlarından, dövlət qurumlarından və onlayn platformalardan məlumatları qəbul edəcək vahid informasiya sisteminin yaranmasıdır. Kimsə şübhəli hesaba pul köçürməyə və ya saxta nömrədən zəng etməyə cəhd edərsə, sistem fırıldaqçının izini sürəcək və məlumatı bütün iştirakçılara ötürəcək.

Artıq dövlət qurumları, banklar və mobil telefon şirkətləri "WhatsApp" və ya "Telegram" vasitəsilə müştərilərlə əlaqə saxlaya bilməyəcək. Bu, nömrə saxtakarlığı və təşkilatlar adından icazəsiz yazışma risklərini tamamilə aradan qaldıracaq./News24.az