Baş nazirin idman ayaqqabısı diqqət çəkdi - Ərdoğandan reaksiya - FOTO

Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısı keçirilir.

Baş nazirin idman ayaqqabısı diqqət çəkdi - Ərdoğandan reaksiya - FOTO
Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısı keçirilir.

meqale.com xəbər verir ki, Zirvə toplantısında qonaqları Albaniya Respublikasının Baş naziri Edi Rama qarşılayıb.

Onun idman ayaqqabısında olması diqqətdən yayınmayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən toplantıda iştirak zamanı Edi Ramanın ayaqqabısına diqqət çəkib.

Albaniya Respublikasının Baş naziri Edi Rama 2024-cü ildə Vaşinqtonda keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə də ağ idman ayaqqabıları ilə qatılmışdı.

Qeyd edək ki, Zirvə toplantısında 45 ölkənin dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.