BƏƏ-də sürücüsüz avtomobillərdən istifadə üçün ilk lisenziya verilib
Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Şurası bazar ertəsi özəl şirkətə ictimai yollarda avtonom nəqliyyat vasitələrini idarə etmək üçün ilk milli lisenziyanı verib.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktum məlumat verib.
BƏƏ-nin baş naziri icazəni ixtisaslaşmış "WeRide" şirkətinin aldığını bildirib.