Belarus nüvə silahından nə vaxt istifadə edəcək?

"Belarusa hücum mütləq nüvə reaksiyasına səbəb olmayacaq, lakin ekstremal vəziyyətdə bu qaçılmazdır".

Belarus nüvə silahından nə vaxt istifadə edəcək?
"Belarusa hücum mütləq nüvə reaksiyasına səbəb olmayacaq, lakin ekstremal vəziyyətdə bu qaçılmazdır".

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində bildirib.

"Əgər Belarus və Rusiyaya qarşı hərbi təcavüz edilərsə, o zaman bütün mübarizə üsullarından istifadə olunacaq. Bunun nüvə qarşıdurması ilə, məsələn, taktiki nüvə silahlarından istifadə ilə başlayacağı da fakt deyil", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, əgər Belarusa Polşa və ya başqa bir Qərb dövləti hücum edərsə, bu, sabah nüvə silahından istifadə ediləcəyi anlamına gəlmir:

"Bir çox başqa üsullar var - diplomatik, güc, adi silahlar, eyni zamanda "Oreşnik" və s. Amma heç kim nüvə düyməsini tutmayacaq". O, əlavə edib ki, əgər təhlükə həddi yüksəkdirsə, o zaman nüvə silahı da buna görə mövcuddur və istifadə olunmalıdır.