Berkay Gezgin azadlığa buraxıldı
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbs edilməsi ilə başlayan etirazlar zamanı həbs olunan 102 nəfər barəsində qərar verilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul 49-cu Asliye Cəza Məhkəməsi Saraçhane etirazlarına qatılan və həbs edilən 102 gəncin azadlığa buraxılmasına qərar verib.
Onlar arasında 2019-cu ildə seçki kampaniyası zamanı Əkrəm İmamoğluna "Hər şey çox gözəl olacaq, Əkrəm abi" deyə səslənməsi ilə tanınan Berkay Gezgin də olub.