“Biz mütləq qalib gələcəyik” - Zelenski İlan adasında
Ukrayna Prezidenti Volodimir Zelenski İlan adasına səfər edib.
meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər dövlət başçısının teleqram kanalında paylaşılıb.
Zelenski bildirib ki, artıq Rusiyanın hücumundan 500 gün keçir: "Bu, Qara dənizimizin ortasında kiçik bir torpaq parçası olsa da, Ukraynanın öz ərazisinin hər bir hissəsini geri alacağına böyük sübutdur! Biz mütləq qalib gələcəyik".
Dövlət başçısını müşayiət edənlər arasında Ukrayna Prezidenti Ofisinin başçısı Andrey Yermak da olub.