"Blue Ghost" kosmik gəmisi Aya eniş edəcək

"Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi bazar günü Aya eniş edəcək.

"Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi bazar günü Aya eniş edəcək.

meqale.com Trend-ə istinadən bildirir ki,  bu barədə "NASA"dan məlumat verilib.

Aya eniş ABŞ şərq sahilləri vaxtı ilə saat 03:34-ə planlaşdırılıb. Modulun Ayın görünən tərəfindəki Böhran dənizində Latreyl dağı yaxınlığında səthdə aktiv işi 14 gün davam edəcək.

Aya eniş aparatı yanvarın 15-də "SpaceX" şirkətinin "Falcon 9" raketi ilə buraxılıb. Kosmik gəmi Ay haqqında bilikləri inkişaf etdirməyə və gələcək insanlı missiyalara hazırlaşmağa kömək edəcək 10 "NASA" tədqiqat alətini daşıyır.