Boliviyada avtobus qəzası - 31 nəfər öldü

Boliviyanın cənubunda avtobus və yük maşınının toqquşması nəticəsində azı 31 nəfər ölüb, 22 nəfər yaralanıb.

Boliviyada avtobus qəzası - 31 nəfər öldü
Boliviyanın cənubunda avtobus və yük maşınının toqquşması nəticəsində azı 31 nəfər ölüb, 22 nəfər yaralanıb.

meqale.com report-a istinadən xəbər verir ki, nəqliyyat vasitələri martın 3-də səhər saatlarında magistral yolda toqquşub. Zərbə nəticəsində avtobus yoldan çıxaraq 800 metr dərinliyə malik dərəyə aşıb.

Avtobus hazırda ölkənin ən məşhur karnavalının keçirildiyi Oruro şəhərindən Potosiyə gedirmiş.

Daha əvvəl qəzada 25 nəfərin öldüyü bildirilirdi. Polis hadisənin başvermə şəraitini araşdırır.